Zlatan İbrahimoviç "Milan"la müqaviləni uzadacaq
Futbol
- 26 iyul, 2020
- 02:57
"Milan"ın 38 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç italyan klubu ilə razılaşmanı daha bir mövsüm uzadacaq.
Bu barədə “Report” “MilanNews” portalına istinadən bildirir.
Qeyd edilir ki, futbolçunun başqa kluba keçmək niyyəti yoxdur.
İbrahimoviç “Milan”a qış transferi pəncərəsində qayıdıb. A Seriyasının cari mövsümünün 16 matçında 38 yaşlı hücumçu 7 qol vurub və 4 məhsuldar ötürmə edib. İbrahimoviçin "Milan"la müqaviləsi 31 avqust 2020-ci ilə qədər nəzərdə tutulub.
Zlatan karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Pari Sen-Jermen”, "Mançester Yunayted" və "Los-Anceles Qelaksi" klublarında oynayıb. O, bütün karyerası ərzində 759 matçda iştirak edib, 464 qol vurub və 184 məhsuldar ötürmə verib.
Son xəbərlər
18:44
"Sumqayıt" futbolçusu Nsana Simon zədələnib
Futbol18:43
Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi istisna olunmur
Digər ölkələr18:38
Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
Digər ölkələr18:34
Tofiq Əliyev Avropa çempionatında gümüş medal qazanıb
Fərdi18:29
Britaniya ABŞ-İran danışıqlarının iflasa uğramasından məyusdur
Digər ölkələr18:25
Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər
Digər ölkələr18:23
İsveç Rusiyadan İspaniyaya gedən gəmini saxlayıb
Digər ölkələr18:11
Donald Tramp: İranla danışıqlarda nüvə məsələsi həll olunmayıb
Digər ölkələr17:55