Donald Tramp: İranla danışıqlarda nüvə məsələsi həll olunmayıb
Digər ölkələr
- 12 aprel, 2026
- 18:11
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika və İran nümayəndə heyətləri İslamabadda keçirilən danışıqlarda mübahisəli məsələlərin əksəriyyətini razılaşdırıblar, lakin nüvə mövzusu həll olunmamış qalıb.
"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Görüş yaxşı keçib, məsələlərin əksəriyyəti razılaşdırılıb, lakin yeganə həqiqətən vacib məqam olan nüvə məsələsi həll olunmamış qalıb", - Tramp qeyd edib.
Onun sözlərinə görə, danışıqlar təxminən 20 saat davam edib, əldə edilmiş razılaşmalar isə hərbi əməliyyatın davam etdirilməsindən daha yaxşıdır.
Bununla yanaşı, ABŞ Prezidentinin vurğuladığı kimi, İranın davam edən nüvə ambisiyaları səbəbindən danışıqların nəticələri öz əhəmiyyətini itirir.
Son xəbərlər
11:00
Şəki sakini Bakıda keçmiş həyat yoldaşı və qayınanasını qətlə yetirib
Hadisə10:45
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
Digər ölkələr10:28
FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır
Ekologiya10:24
Türkiyənin baş məşqçisi: Növbəti oyunda daha yaxşısını edəcəyik
Futbol10:09
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
Sosial müdafiə10:08
Avstraliya - Türkiyə oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol10:00
Foto
Ağdamdakı yanğın söndürülüb - YENİLƏNİB
Hadisə09:57
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub - YENİLƏNİB-7
Futbol09:30