Zlatan İbrahimoviç İtaliya A Seriyasında tarixə düşüb
Futbol
- 24 oktyabr, 2021
- 05:43
"Milan" klubunun fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.
"Report" "Opta" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu buna IX turda "Bolonya"nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
İsveçli forvard 90-cı dəqiqədə fərqlənməklə "rossonerilər"in 4-cü qoluna imza atıb. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.
Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.
Qeyd edək ki, "Milan" 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir qarşılaşma az keçirən "Napoli" 24 xalla ikinci sıradadır.
Son xəbərlər
13:57
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlanıb
Formula 113:55
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Elm və təhsil13:51
Meloni Avropada miqrasiya və təhlükəsizlik böhranlarına kompleks yanaşma tələbi ilə çıxış edib
Digər ölkələr13:50
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
Ekologiya13:47
Müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub - RƏY
Daxili siyasət13:46
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
Maliyyə13:37
Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb
Region13:30
"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
Maliyyə13:30