"Zirə" "Neftçi"ni yenərək, liderliyə yüksəldi
Futbol
- 03 oktyabr, 2020
- 13:54
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, "Neftçi" Zirə İdman Kompleksinin stadionunda yerli komandanın qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+5-ci dəqiqədə Voyislav Stankoviçin müdafiə xəttindəki kobud səhvindən sonra Davit Volkov vurub.
Bununla da xalını 10-a çatdıran "Zirə" liderliyə yüksəlib. "Neftçi" 7 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları da heç-heçə oynayıblar - 1:1. Dünən keçirilən açılış oyununda "Keşlə" səfərdə "Sabah"a qalib gəlib. "Qarabağ" - "Səbail" görüşü isə təxirə salınıb.
Son xəbərlər
07:22
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
Elm və təhsil06:46
Tramp Kennedi Mərkəzinin təmir işləri üçün bağlandığını açıqlayıb
Digər ölkələr06:23
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib
Digər ölkələr05:51
Foto
Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
Digər ölkələr05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Digər ölkələr03:11