Zinəddin Zidan "Real Madrid"dən ayrılma səbəbini açıqladı
Futbol
- 31 may, 2021
- 07:34
Zinəddin Zidan İspaniyanın "Real Madrid" komandasının baş məşqçi postundan ayrılmasının səbəbini açıqlayıb.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə paytaxt təmsilçisinin azarkeşlərinə ünvanladığı açıq məktubunda bildirib.
Fransalı baş məşqçi klub rəhbərliyinin inamsızlığı və dəstəyi olmadığı üçün istefa verdiyini yazıb.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasını və 2 dəfə La Liqanı qazanıb. Komanda 2020/2021 mövsümünü isə gümüş medalla başa vurub.
Son xəbərlər
21:14
Foto
AFFA "Sabah", "Qarabağ" və "Neftçi" komandalarının akademiyalarına baxış keçirib
Futbol21:11
Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır
Region20:57
Foto
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
Elm və təhsil20:57
Premyer Liqa klubu heyətini yeni hücumçu ilə gücləndirib
Futbol20:51
Foto
Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
Daxili siyasət20:42
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
İKT20:20
Mirzoyan Bakı ilə İrəvan arasında sülh gündəliyini Avropa Şurasının rəsmisi ilə müzakirə edib
Xarici siyasət20:12
Foto
Ukrayna enerji sektorunu dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alacaq
Digər ölkələr20:05
Foto