Premyer Liqa klubu heyətini yeni hücumçu ilə gücləndirib
Futbol
- 03 fevral, 2026
- 20:57
İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton" heyətini yeni hücumçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Çempionşipdə çıxış edən"Sauthempton"un forvardı Adam Armstronqu sıralarına cəlb edib.
28 yaşlı ingilis futbolçu ilə üç il yarımlıq müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.
Armstronq cari mövsüm Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.
Qeyd edək ki, "Vulverhempton" 24 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Son xəbərlər
11:07
Bakıda liseydə müəlliməsini güllələyən şagird saxlanılıb, bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB-3
Hadisə11:03
Rusiyada 40-a yaxın sərnişin qatarının hərəkətində gecikmə yaranıb
Region10:59
Foto
Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb
Biznes10:59
Foto
Video
Bakıda 540 qram çəkidə doğulan körpə xilas edilib
Sağlamlıq10:53
"Qarabağ" UEFA Çempionlar Liqasındakı növbəti oyunlar üçün iştirak ərizəsində dəyişiklik edib
Futbol10:46
XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır
Xarici siyasət10:45
Dünya çempionu olmuş futbolçu klubunu dəyişmək istəyir
Futbol10:40
Qazaxıstanda cinayətkar dəstənin 20 üzvü saxlanılıb
Region10:38