"Yuventus" Ronaldunun qərarını gözləyir
Futbol
- 29 iyun, 2021
- 11:13
İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı qərar verməsini gözləyir.
"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisi ilə müqaviləni uzatmağa hazır olub-olmadığına aydınlıq gətirməlidir.
Çünki klubun transfer bazarındakı işi portuqaliyalı oyunçudan asılıdır. Forvard komandanı tərk edərsə, "Yuventus" eyni anda bir neçə oyunçu ala biləcək.
Ronaldunun karyerasını harada davam etdirəcəyinə iyulun ortalarında qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.
Son xəbərlər
13:55
Lixaçyov: Ukrayna ordusu Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırıb
Region13:54
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Daxili siyasət13:47
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb - RƏY
Daxili siyasət13:40
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazanıb
Fərdi13:34
Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib
Digər ölkələr13:29
Azərbaycanda icbari sığorta bazarı 23 %-dən çox kiçilib
Maliyyə13:22
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Region13:21
Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
Futbol13:19