"Yuventus" "Fiorentina"nın qapıçısı David De Xeanı transfer etmək istəyir
Futbol
- 22 aprel, 2026
- 17:41
"Fiorentina"nın qapıçısı David De Xea "Yuventus"un (İtaliya) maraq dairəsinə düşüb.
"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin klubu ispaniyalı qolkiperi transfer etmək variantını nəzərdən keçirir.
"Yuventus"un bu mövqe üçün əsas hədəfi "Liverpul"dan (İngiltərə) Alisson Beker olsa da, braziliyalı qapıçının mövsümlük 8 milyon avro maaş tələbi keçidi çətinləşdirib. Bu məbləği ödəmək niyyətində olmayan Turin təmsilçisi diqqətini daha münasib variant olan De Xeaya yönəldib.
"Fiorentina" 35 yaşlı qapıçını təxminən 10 milyon avroya satmağa hazırdır. Futbolçunun illik 3,5 milyon avro məvacibi "Yuventus"un maliyyə imkanlarına tam uyğun gəlir.
Qeyd edək ki, David De Xea cari mövsümün əvvəlində "Fiorentina" ilə müqavilə imzalayıb.
Son xəbərlər
03:57
Tramp: ABŞ Şotlandiya viskisinə rüsumları ləğv edir
Digər ölkələr03:49
Serbiya Prezidenti: İnanıram ki, parlament seçkiləri demokratik keçiriləcək
Digər ölkələr03:41
Tramp ABŞ-nin Avropada hərbi mövcudluğunun azaldılacağını güman edir
Digər ölkələr03:17
BMT İran üzrə qaçqınlara ərzaq və pul yardımı edir
Region02:57
ABŞ-də məktəbdə hücum zamanı beş nəfər bıçaqlanıb
Digər ölkələr02:49
Tokayev investorları və mütəxəssisləri cəlb etmək üçün miqrasiya siyasəti islahatını təsdiqləyib
Digər ölkələr02:36
İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb
Digər ölkələr02:19
Abbas Əraqçi və İqnasio Kasis Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Region01:51