"Yuventus" derbidən əvvəl 3 futbolçusunu cəzalandırdı
Futbol
- 02 aprel, 2021
- 08:45
İtaliyanın "Yuventus" klubu karantin qaydalarını pozan 3 futbolçusu ilə bağlı qərar verib.
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ueston Makkenni, Paulo Dibala və Artur Ramos XXIX turda "Torino" ilə derbi oyununu buraxacaqlar.
Ölkə çempionu həmin oyunçulara pul cəzası da verib, lakin məbləğ açıqlanmayıb.
Qeyd edək ki, futbolçular koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.
Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Torino" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Son xəbərlər
20:14
Yanvarda Bakı metrosundan 17 milyon 600 minə yaxın sərnişin istifadə edib
İnfrastruktur20:13
"Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klublarının oyunları TVNET-də canlı yayımlanacaq
Futbol20:09
Tramp və Si Cinpin əsasən ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:04
Video
Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə20:04
Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib
Digər ölkələr19:40
Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulub
Komanda19:39
KİV: Aİ səfirləri Kiyevin 90 milyard avro məbləğində maliyyələşdirilmə mexanizmini razılaşdırıblar
Digər ölkələr19:35
Azərbaycan və İrlandiya birgə parlament işçi qruplarının 1-ci iclası keçirilib
Xarici siyasət19:30