Yuri Vernidub: "Əminlikdə deyirəm ki, "Neftçi"nin yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik"

Futbol
  • 15 dekabr, 2025
  • 22:28
Yuri Vernidub: Əminlikdə deyirəm ki, Neftçinin yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub komandasının daha yüksək səviyyəyə qalxması üçün hər şey edəcək.

"Report" xəbər verir ki, bunu ukraynalı mütəxəssis özü "Sumqayıt"a qarşı Misli Premyer Liqasının XV turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, bərabərə qaldıqları qarşılaşmanı şərh edib:

"Neftçi" 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdi. Bu müddət ərzində komandamızın qapısı ağzında heç bir təhlükə yaşanmadı. Azı daha 3 qol vura bilərdik. Qalib gəlməməyimizin də əsas səbəbi budur. Son 20 dəqiqəni futbolçularımız çox yorğun keçirdilər. Fiziki olaraq gücümüz çatmadı".

Y.Vernidub zamanla hər şeyin düzələcəyini bildirib:

"Bütün bunların hamısını düzəldəcəyik. Qış fasiləsində keçirəcəyimiz təlim-məşq toplanışı zamanı komandamızı daha yaxşı hazırlaşdırmaq imkanımız olacaq. Futbolçularımızın keyfiyyəti, sürəti, topla davranışı, texnikası yaxşı səviyyədədir. Sadəcə, nizam-intizamı düzəltməli və fiziki gücü artırmalıyıq. Təcrübəli məşqçi kimi əminlikdə deyirəm ki, "Neftçi"nin daha yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik. Çünki mən "Neftçi"ni Ukraynada "Dinamo" və "Şaxtyor"la müqayisə edirəm. "Neftçi" tarixi klubdur, Azərbaycan üçün brenddir və bunu etmək kifayət qədər realdır".

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu 2:2 hesablı bərabərliklə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti