"Neftçi"nin baş məşqçisi Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub
Futbol
- 16 dekabr, 2025
- 11:09
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.
"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II turda debüt edib.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.
Son xəbərlər
22:11
Foto
Ağacan Abiyevin şərəfinə həsr olunmuş boks turniri start götürüb
Fərdi22:03
Niderland "F-16" qırıcıları üçün sursat alınmasına 250 milyon avro ayıracaq
Digər ölkələr21:50
Çexiya hökuməti Avropa İttifaqının miqrasiya paktını rədd edib
Digər ölkələr21:47
FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini açıqlayıb
Futbol21:33
Səudiyyə Ərəbistanı kompaniyası "Lukoyl" şirkətinin 22 milyard dollarlıq aktivlərinə iddialıdır
Digər ölkələr21:22
Balakəndə baş verən qəzada ölənlərin sayı artıb
Hadisə21:10
Zelenski: Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq
Digər ölkələr20:50
Foto
Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb
Digər ölkələr20:49