Xorvatiyalı FIFA referisi Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb

Futbol
  • 20 oktyabr, 2025
  • 14:50
Xorvatiyalı FIFA referisi Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb

Xorvatiyalı FIFA referisi İqor Payaç UEFA turnirlərində Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb.

"Report"un məlumatına görə, İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununu idarə edəcək hakim daha əvvəl ölkə təmsilçilərinin qarşılaşmasında iş başında olmayıb.

Bu, 40 yaşlı ədalət təmsilçisinin qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində (əvvəlki qrup mərhələsi) ilk görüşü kimi də tarixə düşəcək.

2018-ci ildən beynəlxalq təyinatlar alan Payaç indiyədək Avropa Liqasında əsas və təsnifat, Çempionlar Liqasında isə təsnifat matçlarında söz sahibi olub. O, Xorvatiya ilə yanaşı, Səudiyyə Ərəbistanı, Yunanıstan və Kipr çempionatının oyunlarını da idarə edib.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti