İngiltərə yığması İslandiyaya qalib gəldi

Futbol
  • 05 sentyabr, 2020
  • 20:24
İngiltərə yığması İslandiyaya qalib gəldi

İngiltərə yığması Millətlər Liqasının birinci turunun matçında İslandiya komandasına qalib gəlib.

“Report” xəbər verir ki, matç Reykyavikdə keçirilib və 1:0 hesabı ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu Rahim Sterlinq vurub. O, oyunun 90-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

İngiltərə yığması sentyabrın 8-də Danimarka komandası ilə qarşılaşacaq, islandiyalılar həmin gün belçikalılara qarşı oynayacaqlar.