UEFA Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub
Futbol
- 30 yanvar, 2026
- 15:24
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
"Report" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionunun rəqibi "Nyukasl" (İngiltərə) olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.
Son xəbərlər
21:50
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər
Xarici siyasət21:38
Çinli idmançı XXV Qış Olimpiya Oyunları zamanı xəstəxanaya çatdırılıb
Fərdi21:35
Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan imtina edib
Hadisə21:26
Foto
Güclü qar Cəlilabad və Biləsuvarda ciddi fəsadlar törədib
Hadisə21:02
"Barselona"nın hücumçusu "Atletiko"ya qarşı oyunda komandasına kömək edə bilməyəcək
Futbol21:00
Foto
Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü qeyd edilib
Xarici siyasət20:54
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
Digər ölkələr20:44
Foto
Boks üzrə Azərbaycan çempionatının üçüncü günündə 47 döyüş keçirilib
Fərdi20:44