UEFA Azərbaycan millisinin rəqibini cərimələyib
Futbol
- 05 noyabr, 2024
- 06:59
UEFA Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini cərimələyib.
"Report"un məlumatına görə, Estoniya Futbol Assosiasiyasına 10000 avroluq cərimə tətbiq edilib.
Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.
Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Son xəbərlər
10:42
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək
Region10:39
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır
Energetika10:37
Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib
Elm və təhsil10:35
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
İnfrastruktur10:29
Ermənistan XİN-ə əlavə səlahiyyətlər veriləcək
Region10:27
Tərtərdə ev yanıb, ər-arvad ölüb
Hadisə10:24
Gəncədə kütləvi dava olub, bir nəfər ölüb - YENİLƏNİB
Hadisə10:18
Didye Deşam "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib
Futbol10:10