UEFA Avropa Liqası: "Roma" öz meydanında uduzub, "Lion" qalib gəlib
- 24 oktyabr, 2025
- 01:02
UEFA Avropa Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.
"Report"un məlumatına görə, Avropanın yaşıl meydanlarında 18 qarşılaşma baş tutub.
Türkiyənin "Fənərbağça" komandası evdə "Ştutqart"ı məğlub edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliyanın "Roma" komandası öz meydanında Çexiyanın "Viktoriya" komandasına 1:2 hesabı ilə məğlub olub.
"Lion" "Bazel" üzərindəki qələbəyə (2:0) sevinib.
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
"Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan) – 3:1
20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan) – 2:3
20:45. "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya) – 1:0
20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya) – 2:0
20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə) – 2:0
20:45. FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) – 1:2
20:45. "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə) – 2:1
20:45. "Genk" (Belçika) - "Betis" (İspaniya) – 0:0
20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya) -3:0
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya) – 1:2
23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan) – 3:4
23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya) – 2:1
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka) – 0:3
23:00. "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) – 3:2
23:00. "Frayburq" (Almaniya) - "Utrext" (Niderland) 2-0
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya) – 2:0
23:00. "Selta" (İspaniya) - "Nitsa" (Fransa) – 2:1
23:00. "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) – 1:1.