Tramp Venesuelaya bombardmançı təyyarələrin göndərilməsi xəbərini təkzib edib

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 04:46
Tramp Venesuelaya bombardmançı təyyarələrin göndərilməsi xəbərini təkzib edib

Prezident Donald Tramp ABŞ-nin "B-1 Lancer" bombardmançı təyyarələrinin Venesuela hava məkanı yaxınlığında uçması ilə bağlı xəbərləri təkzib edib.

"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə keçirilən brifinqində bildirib.

Trampdan "The Wall Street Journal" qəzetinin Prezident Nikolas Maduro hökumətinə təzyiqi artırmaq üçün Venesuela yaxınlığında uçan bombardmançı təyyarələr haqqında xəbərinin doğru olub-olmadığını aydınlaşdırmaq istənilib.

"Xeyr, bu doğru deyil", - ABŞ lideri deyib. O, əlavə edib ki, ABŞ administrasiyası bir çox səbəbdən Venesueladan narazıdır, bunlardan biri narkotik vasitələrlərdir. Bundan əlavə, onlar Bayden administrasiyası (Trampın dövlət rəhbəri vəzifəsindəki sələfi Cozef Bayden-red) dövründə onlar cinayətkarları ölkəmizə göndəriblər", - o, davam edib.

Tramp həmçinin sintetik opioid fentanilin Venesuela vasitəsilə ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilib-gətirilməməsi ilə bağlı suala müsbət cavab verib. "Bəli, onlar bunu edirlər", - ABŞ lideri deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti