Türkiyə millisinin futbolçusu Rusiya Premyer Liqasının tarixinə düşüb
Futbol
- 20 mart, 2022
- 13:02

MOİK klubunun futbolçusu Yusuf Yazıcı Rusiya Premyer Liqasındakı rekordu təkrarlayıb.
"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi buna "Rubin"ə qarşı XXII tur oyununda fərqlənməklə nail olub.
Qarşılaşmada het-trik edən türkiyəli oyunçu Rusiya çempionatında meydana çıxdığı ilk dörd matçda qol vurmağı bacarıb. Türkiyə millisinin üzvü tarixdə bunu bacaran üçüncü futbolçudur.
Daha əvvəl 1992-ci ildə "Okean" komandasından Oleq Qarin, 2000-ci ildə isə "Spartak"dan Andrey Ştoltsers buna müvəffəq olub.
Qeyd edək ki, görüş MOİK-in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Müqavilə ilə Fransa "Lill"inə məxsus olan Yusuf Yazıcı icarə əsasında Moskva təmsilçisində çıxış edir.
Son xəbərlər
07:44
Rusiyada 43 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Region07:17
Şahzadə Endryuya kral tədbirlərində iştirak qadağan edilib
Digər ölkələr06:55
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək
Digər ölkələr06:22
ABŞ-nin Sahil Mühafizəsi iki ədəd şəxsi "Gulfstream" təyyarəsi alacaq
Digər05:49
Video
Kolumbiya ABŞ Ordusunun balıqçı qayığını məhv etməsindən sonra tədbir görəcək
Digər ölkələr05:28
Ferstappen "Formula-1" üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 105:12
ABŞ: HƏMAS Qəzzada atəşkəsi poza bilər
Digər ölkələr04:39
Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var
Region04:07