Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib
Futbol
- 14 sentyabr, 2021
- 07:04
Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.
"Report" "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.
"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.
Qeyd edək ki, Namik Ələskərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində meydana daxil olub. O, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya start heyətdə başlayıb.
Son xəbərlər
21:50
Foto
Video
Çempionlar Liqası: "Atletik" - "Qarabağ" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol21:43
ABŞ ordusu Sakit Okeanda narkotik kartelinə aid sualtı qayığı məhv edib
Digər ölkələr21:25
İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
Digər ölkələr21:11
Serbiya parlamenti yaxınlığındakı atışma adam öldürməyə cəhd kimi qiymətləndirilib - YENİLƏNİB
Digər ölkələr21:07
FIBA Avropa Kuboku: Azərbaycan klubu ikinci oyununda da uduzub
Komanda20:57
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında Fransa təmsilçisi ilə qarşılaşıb
Futbol20:49
Bakıda Avrasiya Françayzinq Forumu keçiriləcək
Biznes20:40
KİV: Argentina XİN başçısı istefa verib
Digər ölkələr20:12