Sloveniyalı hakim ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək
Futbol
- 08 dekabr, 2025
- 13:12
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununu idarə edəcək sloveniyalı hakim Rade Obrenoviç daha əvvəl də "köhlən atlar"ın matçında iş başında olub.
"Report"un məlumatına görə, 35 yaşlı ədalət təmsilçisi 2021-ci ildə komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşünə təyinat alıb.
FIFA referisi həmin vaxt Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin Bakıda Şotlandiyanın "Aberdin" klubunu 1:0 hesabı ilə üstələdiyi qarşılaşmada baş hakim olub.
Rade Obrenoviç 2017-ci ildən beynəlxalq oyunlara təyinat alır.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Son xəbərlər
08:37
Tramp Baydenin rəhbərliyi dövründə FES-də təyinatların qanuniliyini yoxlamağı tapşırıb
Digər ölkələr08:14
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:03
ABŞ Prezidenti Avropanın miqrasiya və enerji siyasətini tənqid edib
Digər ölkələr07:38
Seul KXDR-in təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən 10 mərmi atdığını açıqlayıb
Digər ölkələr07:23
Tramp: ABŞ neftin qiymətini kəskin şəkildə aşağı salmağa çalışmır
Digər ölkələr06:50
KİV: Çində yaşayış binasında yanğın nəticəsində səkkiz nəfər ölüb
Digər ölkələr06:11
BMT Konqo Demokratik Respublikasındakı qaçqınların sayını açıqlayıb
Digər ölkələr05:43
ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib
Digər ölkələr05:04