BMT Konqo Demokratik Respublikasındakı qaçqınların sayını açıqlayıb
Digər ölkələr
- 10 dekabr, 2025
- 06:11
Son bir həftə ərzində Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu əyalətində silahlı münaqişə səbəbindən 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə "Report" BMT-nin KDR-dəki humanitar koordinatorunun bəyanatına istinadən xəbər verir.
Bəyanatda qaçqınların son dərəcə ağır şəraitdə yaşadığı bildirilir: müvəqqəti sığınacaqlar həddindən artıq dolub, tibbi yardıma çıxış məhduddur və epidemiyalar yayılır.
Bəzi qaçqınlar ölkə sərhədini keçərək qonşu Ruanda və Burundidə sığınacaq axtarmağa məcbur olublar. Cənubi Kivu əyaləti əvvəllər 1,2 milyon məcburi köçkünə ev sahibliyi edib.
Son xəbərlər
11:56
İlin son faizini qaçırmayın!
Maliyyə11:54
SOCAR rəqəmsal təhlükəsizlik layihələrini digər emal müəssisələrinə genişləndirəcək
Energetika11:53
Azərbaycanın voleybol hakimləri bu gün avrokubok matçlarında iş başında olacaq
Komanda11:52
Bakıda memarlıq abidəsi olan binadakı eyvan təbii təsirlərdən uçub - RƏSMİ
Hadisə11:48
AZPROMO: 100-dən çox türk şirkəti Qarabağ və Şərqi Zəngəzurdakı işlərdə iştirak üçün müraciət edib
Biznes11:48
Foto
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
İnfrastruktur11:46
Nobel Sülh Mükafatını Maçadonun qızı alacaq
Maraqlı11:46
Foto
Bərdədə bir qrup keçmiş məcburi köçkün peşə hazırlığına cəlb edilib
Sosial müdafiə11:42