"Sərhədçi" klubu geridönüş edərək qələbə qazanıb
Futbol
- 23 noyabr, 2023
- 18:12
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasında 5-ci turun açılış oyunu keçirilib.
"Report"un məlumatına görə, turnir cədvəlinin aşağı sıralarında qərarlaşan "Sərhədçi" və "Gəncə" komandaları üz-üzə gəliblər.
İki əlavə vaxtın oynanıldığı görüşün yekununda 17 xallıq fərqdən geridönüş edən "Sərhədçi" 109:108 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Brendon Miller (30 xal, 9 assist), "Gəncə"dən isə Culs Mur (33 xal, 16 ribaund) olublar.
Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Xırdalan" - "NTD-İndiqo", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") noyabrın 24-26-da baş tutacaq.
Son xəbərlər
02:45
Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
Region02:34
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb
Digər ölkələr02:00
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılıb
Digər ölkələr01:47
CENTCOM İrana qarşı yeni zərbələrin başladığını bəyan edib
Digər ölkələr01:37
Banqkokda barda baş verən yanğın zamanı azı 27 nəfər həlak olub
Digər ölkələr01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02
SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Region00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23