"Sabah"ın baş məşqçisi: "UEFA Gənclər Liqasında bizə mümkün rəqiblər arasından ən çətini düşdü"

Futbol
  • 02 sentyabr, 2025
  • 11:40
Sabahın baş məşqçisi: UEFA Gənclər Liqasında bizə mümkün rəqiblər arasından ən çətini düşdü

"Sabah"ın U-19 komandasına UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər arasından ən çətini düşüb. 

Bu barədə "Report"a baş məşqçi Adino Mustedanaqiç açıqlama verib. 

Onun sözlərinə görə, Fransanın futbol məktəbi dünyada yaxşı tanınır: 

"Bizə mümkün rəqiblər arasından ən çətini düşdü. "Nant" Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. "Nant"la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük təcrübə olacağını düşünürəm".

Qeyd edək ki, "Sabah" Fransa təmsilçisi "Nant"a qarşı ilk görüşünü səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab qarşılaşmalarının isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.