"Sabah"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçulara dedim ki, turnir cədvəlinə baxmasınlar"

Futbol
  • 18 dekabr, 2025
  • 21:54
Sabahın baş məşqçisi: Qarabağla oyundan sonra futbolçulara dedim ki, turnir cədvəlinə baxmasınlar

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"la oyundan sonra futbolçularından turnir cədvəlinə baxmamalarını istəyib.

"Report"un məlumatına görə, bunu Bakı təmsilçisinin çalışdırıcısı Misli Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Əvvəlcə istərdim ki, öz futbolçularımı təbrik edim. Onlar bu gün inanılmaz performans sərgilədilər. Üstəlik, bu oyunu Avropaya səs salan komandaya qarşı sərgilədilər. İnanıram ki, stadiona gələn azarkeşlər bu matçdan həzz aldılar".

O, turnir cədvəlində birinci pilləyə yüksəlmələri ilə bağlı danışıb:

"İnanın, mən turnir cədvəlinə çox nadir hallarda baxıram. Paltardəyişmə otağında da futbolçularıma bildirdim ki, turnir cədvəlinə baxmasınlar. Qış fasiləsinə qədər hələ 1 oyun da var. Qarşılaşmalara ciddi hazırlaşırıq".

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti