Rusiyada futbolçunun dopinq-testi saxtalaşdırıldı, FIFA hərəkətə keçdi
Futbol
- 15 mart, 2021
- 05:21

Rusiyanın "Rostov" klubunun futbolçusu Vladimir Obuxov 4 il müddətinə diskvalifikasiya oluna bilər.
"Report"un məlumatına görə, 29 yaşlı hücumçu antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Bununla əlaqədar FIFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub daxil olub. Məktubda futbolçudan 2013-cü ildə Rusiyanın gənclər yığmasının düşərgəsində ikən götürülmüş və neqativ çıxdığı deyilən dopinq-testin əslində qadağan olunmuş metandienon maddəsinin izlərini daşıdığı vurğulanıb.
Qeyd edək ki, Vladimir Obuxov "Rostov"da 2020-ci ilin oktyabrından forma geyinir. Onunla müqavilənin müddəti 2023-cü ilədəkdir. O, cari mövsüm klubun heyətində Rusiya Premyer Liqasında 7 oyuna çıxıb.

Son xəbərlər
01:03
UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun matçları baş tutub
Futbol01:02
UEFA Avropa Liqası: "Roma" öz meydanında uduzub, "Lion" qalib gəlib
Futbol00:26
Hindistan Trampın tələbi ilə Rusiyadan neft idxalını azaldıb
Digər ölkələr23:53
Ağ Ev: Şatdaun hava limanlarının fəaliyyətində ciddi fasilələrə səbəb ola bilər
Digər ölkələr23:37
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında üçüncü olublar
Fərdi23:26
Amerikalı senator: TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq
Xarici siyasət23:03
"Gəncə"nin baş məşqçisi: "Komandamız sıxıntılı zamandan keçir"
Komanda22:53
Mirzoyan Fransa Senatının sədri ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib
Region22:46