"Roma"nın məğlubiyyəti "Latsio"ya Çempionlar Liqasına vəsiqə qazandırdı
Futbol
- 07 avqust, 2020
- 06:45

"Latsio"nun İtaliyanı 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcəyi dəqiqləşib.
"Report"un məlumatına görə, bu, "Roma"nın İspaniya "Sevilya"sına 0:2 hesabı ilə uduzaraq Avropa Liqası (AL) ilə vidalaşmasından sonra baş verib.
Əslində "qartallar" A Seriyasında 4-cü pilləni tutmaqla ÇL-ə vəsiqə qazanmışdılar. Amma "Roma" Avropa Liqasının, "Napoli" isə Çempionlar Liqasının qalibi olacağı halda, "Latsio" turnirdən kənarda qalacaqdı. Çünki ÇL-də 1 ölkənin maksimum 5 təmsilçisi çıxış edə bilər.
Qeyd edək ki, yeni mövsümdə "Yuventus", "İnter", "Atalanta" və "Latsio" Çempionlar Liqasının, "Roma" və "Napoli" Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. "Milan" isə AL-ə təsnifat mərhələsindən başlayacaq.
Son xəbərlər
03:42
CNN: Trampın tətbiq etdiyi rüsumlara görə ABŞ-də qəhvə qiymətləri 20%-dən çox artıb
Digər ölkələr03:14
Baş nazirin müavini: Ukrayna Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir
Digər ölkələr02:44
Luvrdakı soyğunla bağlı iki əsas versiya açıqlanıb
Digər ölkələr02:13
Ersin Tatar ŞKTR-də prezident seçkilərində qalib gələn rəqibini təbrik edib
Digər ölkələr01:46
Tramp Savayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib
Digər ölkələr01:18
Almaniyanın "Lufthansa" aviaşirkəti 100 daxili reysin ləğvini planlaşdırır
Digər ölkələr00:53
Ferstappen "Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi olub
Formula 100:30
"Real"ın sabiq futbolçusu insult keçirib
Futbol00:17