Luvrdakı soyğunla bağlı iki əsas versiya açıqlanıb

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 02:44
Luvrdakı soyğunla bağlı iki əsas versiya açıqlanıb

Paris prokurorluğu Luvr muzeyində baş verən qarətlə bağlı iki əsas versiya üzərində dayanır.

"Report"un "Le Figaro" qəzetinə istinadən məlumatına görə, bu barədə Fransa paytaxtının prokuroru Lor Bekko bəyan edib.

"Mütəşəkkil cinayətkarlar iki məqsəd güdə bilərdi: onlar ya sifariş əsasında qarət törədiblər, ya da pulların yuyulması üçün", - o deyib.

Bekkonun sözlərinə görə, qarətdə mümkün xarici izin olması versiyası "prioritet deyil".

Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvr maskalı qarətçilər tərəfindən hücuma məruz qalıb. Onlar Apollon Qalereyasına daxil olaraq doqquz zərgərlik əşyası oğurlayıblar. III Napoleonun həyat yoldaşı imperatriçə Yevgeniyanın tacı sındırılmış vəziyyətdə küçədə tapılıb. Hazırda soyğunçuların axtarışı davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti