"Roma"nın futbolçusu qəzaya düşüb
Futbol
- 01 dekabr, 2017
- 11:59
Bakı. 1 dekabr. REPORT.AZ/ Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliyanın “Roma” komandasının futbolçusu Dieqo Perotti avtomobil qəzası keçirib.
“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Argentinalı yarımmüdafiəçi idarə etdiyi “Porsche Cayenne” ilə məşqə gedərkən qəzaya düşüb. Avtomobil ciddi zərər görsə də, 29 yaşlı futbolçunun özü və qəza keçirən digər şəxslər xəsarət almayıblar.
Qeyd edək ki, “Roma” bu gün İtaliya A seriyasının XV turunda "Spal"ı qəbul edəcək. Çempionlar Liqasında VI turun “Roma” - “Qarabağ” matçı isə dekabrın 5-də keçiriləcək.
Son xəbərlər
05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region05:11
DÇ-2026: İspaniyanın Uruqvayla matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol05:10
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41