Rəşad Eyyubov: "Azərbaycan millisi Şotlandiya ilə matçda 2 xal itirdi"

Futbol
  • 14 oktyabr, 2025
  • 21:28
Rəşad Eyyubov: Azərbaycan millisi Şotlandiya ilə matçda 2 xal itirdi

Azərbaycanın U-21 millisi Şotlandiya ilə matçda 2 xal itirib.

"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, məhsuldar heç-heçə ilə bitən qarşılaşmanı şərh edib:

"Həqiqətən qarşılaşma bizim üçün çətin keçdi. Qələbəyə yaxın olsaq da, təəssüf ki, alınmadı. Son dəqiqələrdə buraxdığımız qol bizi məyus etdi. Futbolçular meydanda vuruşdular. Həqiqətən də çətin rəqibə qarşı mübarizə apardıq. Öz oyun planımızı həyata keçirməyə çalışırdıq. Hansı rəqibə qarşı çıxış etdiyimizi yaxşı dərk edirdik. Rəqib komandanın heyətində top-klublarda çıxış edən futbolçular yer alır. Bu gün yığmamız 2 xal itirdi".

Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçirilən Azərbaycan - Şotlandiya oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti