"Real" PSJ-nin futbolçusu üçün 150 milyon avroluq təklif hazırlayır

Futbol
  • 05 dekabr, 2025
  • 15:28
Real PSJ-nin futbolçusu üçün 150 milyon avroluq təklif hazırlayır

İspaniyanın "Real" klubu Fransa təmsilçisi PSJ-də çıxış edən futbolçu Joau Neveş üçün 150 milyon avroluq təklif hazırlayır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində əsas transfer prioritetidir.

İspaniya nəhəngi bu keçiddə parisliləri razı salmağa çalışacaq. Lakin qarşı tərəf oyunçunu buraxmaq fikrində deyil.

"Kral klubu"nun prezidenti Florentino Peres və baş məşqçi Xabi Alonso komandanın orta xəttinin əsaslı şəkildə dəyişdirilməsini istəyirlər.

Qeyd edək ki, Joau Neveşin PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Son xəbərlər

Bütün Xəbər Lenti