"Real Madrid"in hücumçusu yeni rekorda imza atdı
Futbol
- 28 aprel, 2021
- 05:24
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna evdə İngiltərənin "Çelsi" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri matçda nail olub.
Komandasının yeganə qolunun müəllifi olan fransalı forvard qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.
Hazırda yalnız Kriştianu Ronaldu (134), Lionel Messi (120) və Rovert Levandovski (73) Benzema və Rauldan daha çox qol vurub.
Benzema həmçinin Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldu 32 yaş 86-cı günündə qol vura bilib.
Son xəbərlər
16:54
Maduro və xanımı Nyu-York federal məhkəməsinə aparılıb
Digər16:53
"Napoli"nin hücumçusu karyerasını Portuqaliya klubunda davam etdirə bilər
Futbol16:50
Salyanda avtomobillər toqquşub, iki nəfər ölüb, xəsarət alanlar var
Hadisə16:50
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 % azaldıb
Biznes16:48
"Google Gemini"nin Azərbaycandakı bazar payı 1 ayda iki dəfədən çox artıb
İKT16:43
Avropa İttifaqı Ukraynaya kreditin ilk tranşını bu ilin ikinci rübündə verəcək
Digər ölkələr16:41
Foto
Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib
Daxili siyasət16:35
Salyanda 11 yaşlı uşaq ölüb, xəstəxana ilkin səbəbi açıqlayıb
Hadisə16:29