"Real" La Liqanın XVII turunda "Sevilya"ya qalib gəlib
- 21 dekabr, 2025
- 03:28
"Real" İspaniya çempionatının XVII turunun ev oyununda "Sevilya" üzərində qələbə qazanıb.
"Report"un məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 38-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem açıb. 68-ci dəqiqədə qonaqların müdafiəçisi Markao ikinci sarı vərəqə alaraq meydandan qovulub. 86-cı dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək qələbəni təmin edib.
Turnir cədvəlində ikinci olan madridlilər birinci yerdəki "Barselona" ilə xal fərqini birə endiriblər. Komandaların müvafiq olaraq 42 və 43 xalı var. Amma katalonların ehtiyatda bir oyunu var.
20 xalı olan "Sevilya" 9-10-cu yerləri bölüşərək "Xetafe" ilə bərabərə qalıb.