"Real"ın futbolçusu komandadan ayrılmaq üçün bir neçə məşqə qatılmaqdan imtina edib

Futbol
  • 20 noyabr, 2025
  • 10:54
Realın futbolçusu komandadan ayrılmaq üçün bir neçə məşqə qatılmaqdan imtina edib

Braziliyalı futbolçu Rodriqo İspaniyanın "Real" klubunda bir neçə məşqə qatılmaqdan imtina edib.

"Report" "Fichajes"ə istinadən xəbər verir ki, 24 yaşlı vingerin bu davranışı transferə məcbur etmək cəhdi kimi qəbul olunub.

Oyunçu ilə baş məşqçi Xabi Alonsonun da münasibətləri də korlanıb. Mütəxəssis onun komandadan getməsini istəyib.

Qeyd edək ki, Rodriqo cari mövsüm "Real"da 13 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti