"Qızıl top" mükafatının qalibi vaxtından əvvəl üzə çıxıb
Futbol
- 27 oktyabr, 2021
- 12:48

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi üçün səsvermənin nəticələrini əks etdirən foto yayılıb.
"Report" xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoya əsasən, Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski qalib olacaq. 33 yaşlı hücumçunun 627 səsi var.
İkinci sırada Fransa PSJ-sində çıxış edən Lionel Messi, üçüncü yerdə isə "Real Madrid"dən Kərim Benzema qərarlaşıb.
Səsvermə oktyabrın 24-də başa çatıb. Lakin qalibin adı noyabrın 29-da Parisdə açıqlanacaq.
Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messi qazanıb.
Son xəbərlər
21:29
Oğuzda avtomobil 46 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə21:29
İlin son Günəş tutulması başlayıb
Maraqlı21:28
Premyer Liqa: "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb
Futbol21:22
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub
Digər21:14
Tramp: Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik
Digər ölkələr21:04
Foto
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Elm və təhsil20:49
İsrail Ordusu quru bölmələrini Qəzzaya yerləşdirməyə başlayıb
Digər ölkələr20:35
Polşa və Norveç gəmi əleyhinə raketlərin birgə atışlarını həyata keçirib
Digər ölkələr20:02
Foto