"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Ukrayna klubuna qayıdıb

Futbol
  • 15 yanvar, 2026
  • 10:57
Qəbələ və Neftçinin sabiq baş məşqçisi Ukrayna klubuna qayıdıb

"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Çernomorets"ə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssisin müqaviləsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2010-2014 və 2021-2024-cü illər aralığında "Çernomorets"in baş məşqçisi olub.

Son xəbərlər

Bütün Xəbər Lenti