"Qəbələ" klubu yeni transferini rəsmən açıqlayıb
Futbol
- 30 yanvar, 2017
- 08:41
Bakı. 30 ynvar. REPORT.AZ/ "Qəbələ" klubu yeni futbolçu transfer edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rasim Ramaldanovla mövsümün sonunadək müqavilə imzalanıb.
31 yaşlı müdafiəçi karyerası ərzində "Simurq" (2008 - 2013), "Xəzər Lənkəran" (2013 - 2015) və "Sumqayıt"da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan R.Ramaldanovun son klubu "Kolxeti" olub.
2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu əsas yığmada 17 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ" qış transfer pəncərəsində Araz Abdullayevlə ("Neftçi") də münasibətlərini rəsmiləşdirib. Moldova "Şerif"indən ayrılan Daniel Subotiçlə müqavilə isə tezliklə rəsmən açıqlanacaq.
Son xəbərlər
03:41
Qustavo Alfaro: "Fransa kimi rəqibə qarşı edilən bir səhv matçın taleyini həll etdi"
Futbol03:32
Didye Deşam: "Cənubi Amerika təmsilçilərinə qarşı oynamaq həmişə çətindir"
Futbol03:27
Video
AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər
Region03:25
Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb
Futbol03:13
Paraqvayın qapıçısı Orlando Hil Fransa ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30
Putin və Trampın söhbətinin təfərrüatları açıqlanıb
Region01:58