"Qarabağ" - "Nyukasl" oyununu norveçli hakimlər idarə edəcək
- 16 fevral, 2026
- 13:10
Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə edəcək.
"Report"un məlumatına görə, qarşılaşmanın baş hakimi Espen Eskos olacaq.
Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR-da niderlandlı Rob Diperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.