"Qarabağ" "Neftçi" ilə mövsümün ilk dövrəsinin oyunlarında 12 dəfə qələbəyə sevinib
- 04 noyabr, 2025
 - 14:41
 
                            
                            
                        "Qarabağ" Azərbaycan çempionatlarında "Neftçi" ilə mövsümün ilk dövrəsinin oyunlarında 12 dəfə qələbəyə sevinib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
İndiyədək 18 dəfə "Neftçi", 14 dəfə "Qarabağ" mövsümün ilk derbisinə ev sahibliyi edib.
Komandaların ilk dövrə oyunlarında "Qarabağ" üstündür: 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 35:25.
Komandaların ilk dövrə oyunu "Qarabağ"ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub. Top fərqi də Ağdam təmsilçisinin xeyrinədir - 22:12.
Komandaların ilk dövrə oyunu "Neftçi"nin meydanında keçiriləndə isə ev sahibləri 6 qələbə qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqində bərabərlik (13-13) qeydə alınıb.