"Qarabağ" klubu Ramil Şeydayevlə maraqlanmasına dair iddialara münasibət bildirib
Futbol
- 11 sentyabr, 2025
- 12:02
"Qarabağ" klubu Ramil Şeydayevlə maraqlanması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"Hələlik bizdə belə informasiya yoxdur. Transferlə bağlı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında Ağdam klubunun formasını geyinib. "Neftçi" ötən gün 29 yaşlı hücumçu ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.01.2026)
Maliyyə09:02
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək
Komanda08:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB
İnfrastruktur08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Maliyyə08:52
"NBC News": ABŞ-nin Karakasda eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur
Digər ölkələr08:28
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib
Digər ölkələr08:17
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:43
Kan: Netanyahu Putindən İsrailin İrana hücum etmək niyyətində olmadığını çatdırmağı xahiş edib
Digər ölkələr07:15