"Qarabağ"ın rəqibinin baş məşqçisi "Yuventus"u çalışdıra bilər
Futbol
- 16 oktyabr, 2025
- 16:33
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən İngiltərə təmsilçisi "Çelsi"nin baş məşqçisi Entso Mareska İtaliya komandasını çalışdıra bilər.
"Report" "Teamtalk"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis ölkəsində "Yuventus" kollektivinə rəhbərlik edə bilər.
Onun "zadəganlar"la 2029-cu ilə qədər müqaviləsi olsa da, Premyer Liqa klubunda uzun müddət işləyəcəyi istisna edilir.
"Qoca sinyora" rəhbərliyi isə Mareskanın xidmətində maraqlıdır.
Mareska 2024-cü ildən "Çelsi"ni çalışdırır. Onun rəhbərliyi altında komanda 46 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə məğlub olub.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Son xəbərlər
03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17
Estoniya Rusiyaya istiqamətlənən yük gəmisini saxlayıb
Digər ölkələr01:35
Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
Daxili siyasət01:07
Foto
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Xarici siyasət01:04
Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb
ASK00:39
Məcnun Məmmədov: Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq
ASK00:16
Azərbaycanda istehsal olunan pambığın ixrac səbəbi açıqlanıb
ASK00:00
Foto