"Qarabağ"ın rekordçusu 450-ci oyununu keçirdi
Futbol
- 21 dekabr, 2020
- 07:58

Azərbaycan millisinin futbolçusu Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib.
"Report" xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib. “Qəbələ” ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan 31 yaşlı müdafiəçi yubiley oyununda start heyətində yer alıb.
Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan Maksim 450 qarşılaşmada 13 qol vurub.
O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.
Qeyd edək ki, “Qarabağ”ın kapitanı klubun əsas heyətində 2006/07 mövsümündə debüt edib.
Son xəbərlər
22:13
NATO-nun 10-dan çox ölkəsi Baltikyanı ölkələrdə təlimlər keçirir
Digər ölkələr22:06
Almaniya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya yardımı genişləndirməyə hazırdır
Digər ölkələr22:00
Fernandu Santuş: "Azərbaycan millisi qələbə qazanaraq xalqa sevinc bəxş etmək istəyir"
Futbol21:50
İsrail Qəzza şəhərinin 40 faizinə nəzarət etdiyini açıqlayıb
Digər ölkələr21:47
Azərbaycan millisinin futbolçusu: "İslandiya ilə qarşılaşmaya ciddi hazırlaşmışıq"
Futbol21:43
Vaşinqton Tramp administrasiyasını məhkəməyə verib
Digər21:37
Əfqanıstanın şərqində 6,1 maqnitudada zəlzələ olub
Digər ölkələr21:32
Avropa Komissiyası rəhbərinin təyyarəsi ilə GPS insidenti: ziddiyyətlər faktı şübhə altına alır
Digər ölkələr21:21