"Qarabağ"ın legioneri Barselonada əməliyyat olunacaq
Futbol
- 22 sentyabr, 2021
- 09:12
"Qarabağ"ın zədəli futbolçusu Xayme Romero bu həftə əməliyyat olunacaq.
Bu barədə "Report"a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkəsində olan ispaniyalı yarımmüdafiəçinin əməliyyatı Barselonada baş tutacaq. 31 yaşlı vinger bəzi müayinələrdən keçdikdən sonra cərrahi müdaxilənin dəqiq vaxtı bəlli olacaq.
Abbaszadə bildirib ki, əməliyyat bu gün və ya sabaha nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda (0:0) zədələnmiş Xayme Romero ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Son xəbərlər
08:32
Yaponiya Tayvan ilə əməkdaşlığın dərinləşməsinə ümid edir
Digər08:18
İsmayıllı rayonunda yenidən zəlzələ olub
Hadisə08:15
NASA: 3I/ATLAS Günəşə yaxınlaşarkən manevr edib
Elm və təhsil07:45
Şatdaun ABŞ-nin nüvə arsenalının modernləşdirilməsini təhdid edir
Digər ölkələr07:13
Meksikada mağaza yanıb, dördü uşaq olmaqla azı 22 nəfər ölüb
Digər ölkələr06:31
Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb
Region06:05
İngiltərədə qatarda bıçaqlanan 9 nəfərin həyatı təhlükədədir - YENİLƏNİB
Digər ölkələr05:57
"Liverpul" məğlubiyyət seriyasına son qoyub
Futbol04:40