"Qarabağ" bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

Futbol
  • 31 oktyabr, 2025
  • 09:03
Qarabağ bu gün Premyer Liqada növbəti oyununu keçirəcək

"Qarabağ" klubu bu gün Misli Premyer Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda "İmişli" ilə üz-üzə gələcək.

Qarşılaşma "Azərsun Arena"da, saat 17:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti