"Qarabağ" 2025-ci ildə sonuncu oyununu bu gün keçirəcək
- 21 dekabr, 2025
- 09:00
"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddincidir.
Misli Premyer Liqası
II dövrə, XI tur
21 dekabr
15:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
17:30. "Araz-Naxçıvan" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.