Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol
- 03 may, 2026
- 20:28
Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.
Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
78-ci dəqiqədə Martins Junior fərqlənib.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.
Günün ilk matçında "Sabah" "Şamaxı"nı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.
Son xəbərlər
03:55
Le Pen: Məhkəmənin qərarı Fransadakı demokratik proseslərə təsir göstərə bilər
Digər ölkələr03:41
Qustavo Alfaro: "Fransa kimi rəqibə qarşı edilən bir səhv matçın taleyini həll etdi"
Futbol03:32
Didye Deşam: "Cənubi Amerika təmsilçilərinə qarşı oynamaq həmişə çətindir"
Futbol03:27
Video
AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər
Region03:25
Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb
Futbol03:13
Paraqvayın qapıçısı Orlando Hil Fransa ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30