Premyer Liqa: "Qarabağ" - "Zirə" oyununun başlama saatı açıqlanıb

Futbol
  • 31 avqust, 2025
  • 10:30
Premyer Liqa: Qarabağ - Zirə oyununun başlama saatı açıqlanıb

Misli Premyer Liqasında IV turun "Qarabağ" - "Zirə" oyununun başlama saatı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı  məlumat yayıb.

"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Misli Premyer Liqası

1-ci dövrə, IV tur

12 sentyabr 

17:45. "Kəpəz" – "Araz-Naxçıvan" 

Qəbələ şəhər stadionu

20:00. "Qarabağ" – "Zirə"

"Azərsun Arena"

13 sentyabr 

16:30. "İmişli" – "Sumqayıt"

Quba OİK stadionu

19:00. "Turan Tovuz" – "Qəbələ"

"Azərsun Arena"

14 sentyabr

16:30. "Şamaxı" – "Karvan-Yevlax"

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Sabah"

"Neftçi Arena"

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təftiş nəticəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması yönündə "İmişli" klubu tərəfindən işlər davam etdirilir. Peşəkar Futbol Liqası aparılan işləri nəzarətdə saxlayır. Yekun təftişdən sonra "İmişli" – "Sumqayıt" oyununun məkanında dəyişiklik ediləcəyi halda, ictimaiyyətə məlumat veriləcək.