Qazaxıstanda cinayətkar dəstənin 20 üzvü saxlanılıb
Region
- 06 fevral, 2026
- 10:40
Qazaxıstanda keçirilmiş xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstələrin 20 üzvü saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
"Axtarışlar zamanı şübhəli şəxslərdən odlu silah, döyüş sursatı, narkotik vasitələr və külli miqdarda pul vəsaiti, habelə digər maddi sübutlar götürülüb", - məlumatda bildirilib.
10 cinayətkar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Xüsusi əməliyyat Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən ölkənin səkkiz regionunda, o cümlədən Abay, Aktöbe, Almatı və digər vilayətlərdə həyata keçirilib.
Son xəbərlər
02:28
Avropa Parlamenti istixana tullantılarının azaldılmasına səs verib
Digər ölkələr02:03
Video
Qərbi Azərbaycan Xronikası: Ermənilərin adını təhrif etdiyi türk yurdları - Bəykənd və Bəyrabad
Daxili siyasət01:48
Foto
Ərdoğan Türkiyəyə yeni daxili işlər və ədliyyə nazirləri təyin edib
Region01:12
KİV: Misir parlamenti Nazirlər Kabinetində dəyişiklikləri təsdiqləyib
Digər ölkələr00:35
KİV: Venesuela İsrailə neft tədarükünü bərpa edib
Digər ölkələr23:56
Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkilərindən əvvəl imzalamaq istəyir
Region23:44
Qış Olimpiya Oyunları: Azərbaycan fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib
Fərdi23:39
Vens sülh gündəliyinin irəli aparılmasında İlham Əliyevin liderliyini vurğulayıb
Xarici siyasət23:35