Premyer Liqa: "Kəpəz" Azərbaycan çempionunu məğlub edib
Futbol
- 24 yanvar, 2026
- 18:23
Misli Premyer Liqasının XVII turunda "Kəpəz" son Azərbaycan çempionu "Qarabağ"ı məğlub edib.
"Report" xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
24-cü dəqiqədə Ryonosuke Ohori hesabı açıb. Matçın 55-ci dəqiqəsində isə Ehtiram Şahverdiyev fərqi 2 topa çatdırıb.
Beləliklə, xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. "Qarabağ" isə 36 xalla ikincidir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib.
XVII tura yanvarın 25-də yekun vurulacaq.
Son xəbərlər
02:43
Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub
Digər ölkələr02:34
NYT: İranın tamamlanmamış iki nüvə obyektində hərəkətlilik qeydə alınıb
Region02:13
Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Digər ölkələr01:51
Türkiyədə sel fəlakəti nəticəsində onlarla ev və avtomobil sular altında qalıb
Region01:24
KİV: İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək
Digər ölkələr00:45
Video
Qərbi Azərbaycan Xronikası: Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur
Daxili siyasət00:19
"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edilib
Hadisə00:01
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
Daxili siyasət23:56