Portuqaliyalı futbolçu Çempionlar Liqasında Devid Bekhemin rekordunu qırıb
Futbol
- 24 fevral, 2022
- 05:09
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Report" "Opta Joe"yə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi buna İspaniyada "Atletiko" (Madrid) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.
80-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalan portuqaliyalı oyunçu "qırmızı-şeytanlar"da turnir tarixində ardıcıl 6 matçda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb. Fernandeş klubun sabiq yarımmüdafiəçisi Devid Bekhemin 1998-ci ildəki rekordunu qırıb.
Qeyd edək ki, Brunu Fernandeş cari mövsüm "Mançester Yunayted"in heyətində 34 oyuna çıxıb, 9 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
07:44
Rusiyada 43 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Region07:17
Şahzadə Endryuya kral tədbirlərində iştirak qadağan edilib
Digər ölkələr06:55
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək
Digər ölkələr06:22
ABŞ-nin Sahil Mühafizəsi iki ədəd şəxsi "Gulfstream" təyyarəsi alacaq
Digər05:49
Video
Kolumbiya ABŞ Ordusunun balıqçı qayığını məhv etməsindən sonra tədbir görəcək
Digər ölkələr05:28
Ferstappen "Formula-1" üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 105:12
ABŞ: HƏMAS Qəzzada atəşkəsi poza bilər
Digər ölkələr04:39
Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var
Region04:07