Olimpiya çempionunun həbsxanadan yazdığı məktub satışa çıxarılıb

Futbol
  • 22 dekabr, 2025
  • 13:19
Olimpiya çempionunun həbsxanadan yazdığı məktub satışa çıxarılıb

Rusiyanın "Torpedo" klubunun və SSRİ yığmasının keçmiş hücumçusu, olimpiya çempionu olmuş Eduard Streltsovun həbsxanadan yazdığı məktub satışa çıxarılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçunun həyat və futbol haqqında yazdığı məktub üçün 2 milyon rubl (təxminən 43 min manat) tələb edilir.

E.Streltsov SSRİ millisinin heyətində 1956-cı ildə olimpiya çempionu titulunu qazanıb. Karyerası boyunca "Torpedo"da oynamış mərhum futbolçu SSRİ çempionu və kubokunun sahibi olub.

Qeyd edək ki, Eduard Streltsov 1958-ci ilin iyulundan 1963-cü ilin fevralına qədər təcavüz ittihamı ilə həbsdə olub.

Son xəbərlər

Bütün Xəbər Lenti